Azərbaycanla Qazaxıstan arasında 50 elektrovozun alqı-satqısına dair müqavilə imzalanıb.
“APA-Economics”in “Tengrinews.kz”-ya istinadən xəbərinə görə, imzalanma mərasimində "Alstom Transport" şirkətinin prezidenti Anri Pupar-Lafarc, Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov və “Azərbaycan Dəmir Yolları”nın rəhbəri Arif Əsgərov iştirak ediblər.
Bu elektrovozlar 2016-cı ildə Azərbaycana göndəriləcək. Hazırlanma zamanı Azərbaycan tərəfinin texniki və texnoloji tələbləri nəzərə alınacaq.