Azərbaycan iqtisadiyyatının "Strateji yol xəritəsi" hazırlanır
11 mart 2016 12:23 (UTC +04:00)

Azərbaycan iqtisadiyyatının "Strateji yol xəritəsi" hazırlanır

 

 

Orta və uzunmüddətli dövr üçün Azərbaycanın dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində dövlət başçısı İlham Əliyev tərəfindən qarşıya qoyulmuş hədəflərə uyğun olaraq artıq bütövlükdə milli iqtisadiyyatın və onun əsas prioritet sektorları üzrə "Strateji yol xəritəsi"nin hazırlanması işlərinə start verilib.

 

"APA-Economics"in məlumatına görə, bunu Bakıda "Azərbaycanda aparılan iqtisadi islahatlara Azərbaycanda Amerika Ticarət Palatasının dəstəyi mövzusunda keçirilən konfransda Azərbaycan prezidenti İlham Əliyevin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov deyib.

 

N. Əmirovun sözlərinə görə, burada iqtisadiyyatın aparıcı sektorları, habelə zəruri iqtisadi infrastrukturun yaradılmasına xidmət edəcək dəstəkləyici sektorların inkişaf strategiyasının düzgün müəyyən edilməsi, iqtisadi artımın dayanıqlığının təmin edilməsi əsas məqsədlərdəndir: "Dövlət başçısının rəhbərliyi ilə müntəzəm əsaslarla həyata keçiriləcək sistem xarakterli islahatlar və qlobal iqtisadi çağırışlara uyğun olaraq hazırlanacaq “Strateji yol xəritəsi”nin icrası nəticəsində biz sahibkarlarla birlikdə iqtisadi islahatlar və inkişafın mahiyyət etibarı ilə yeni bir modelini - Azərbaycan modelini daha da inkişaf etdirmiş olacağıq. Azərbaycanı investorlar üçün ən cəlbedici ölkələrdən birinə çevirmək niyyətindəyik".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 413
avatar

Oxşar yazılar