“Azərbaycan Hava Yolları” (AZAL) QSC Gəncə-Mineralnıye Vodı-Gəncə istiqamətində müntəzəm aviauçuşların yerinə yetirilməsinə başlayır. Bu barədə Lent.az-a qurumdan məlumat verilib.
AZAL-ın rəsmi saytına istinadən verdiyi məlumata görə, iyunun 22-dən başlayaraq uçuşlar müasir və komfortlu “Embraer” tipli hava gəmiləri ilə həyata keçiriləcək. Gəncədən uçuş saat 16:20-də, Mineralnıye Vodıda eniş isə saat 16:30-da, o cümlədən Mineralnıye Vodıdan uçuş saat 17:30-da, Gəncədə eniş saat 19.35-də yerinə yetiriləcək.