Aydın Əliyev: “Azərbaycana gətirilən bəzi avtomobillər ekoloji standartlara cavab vermir”
30 yanvar 2014 13:19 (UTC +04:00)

Aydın Əliyev: “Azərbaycana gətirilən bəzi avtomobillər ekoloji standartlara cavab vermir”

Azərbaycana idxal olunan bəzi avtonəqliyyat vasitələri ekologiyaya ziyan vurur və mövcud ekoloji standartlara cavab vermir.


 

«APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bildirib.

 

A.Əliyevin sözlərinə görə, Azərbaycanda «Euro-4» ekoloji standartlarına keçidlə bağlı qəbul olunmuş qərar olduqca önəmlidir: «Bu qərar qəbul olunubsa, deməli buna ehtiyac var. «Euro-2» standartı ən aşağı standart idi. «Euro-4»ə keçid avtomobillərin idxal tələblərini artıracaq, ekologiyanın qorunmasına xidmət edəcək».

 

DGK sədri qeyd edib ki, bu standarta keçid köhnə avtomobillərin tədricən aradan qaldırılması və tıxac probleminin həllinə xidmət edir: «Həmçinin, yol hərəkətinin normal vəziyyətə düşməsinə təsir edəcək. Artıq Avropada «Euro-5»dən «Euro-6»ya keçirlər. İnkişaf edən ölkə üçün bu, normal qərardır».

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 855
avatar

Oxşar yazılar