Avtomobil benzininin idxalı aksiz vergisindən azad edildi
28 yanvar 2014 17:22 (UTC +04:00)

Avtomobil benzininin idxalı aksiz vergisindən azad edildi

Azərbaycan Nazirlər Kabineti ölkəyə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında 2001-ci il 19 yanvar tarixli qərarına dəyişikliklər edib.


 

APA-nın verdiyi məlumata görə, indiyə qədər Azərbaycana gətirilən tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədli və tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox, 98-dən az oktan ədədli mühərrik benzininin 1 tonu üçün 250 ABŞ dolları məbləğində aksiz dərəcəsi tətbiq olunub.

 

Dəyişikliyə əsasən, bundan sonra 2014-cü il iyunun 1-dək mühərrik benzininin 1 tonuna aksiz dərəcəsi 1 dollar müəyyən edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1124
avatar

Oxşar yazılar