Avropa Komissiyasının prezidenti: “Şahdəniz-2” Avropanın enerji təhlükəsizliyini gücləndirəcək”
17 dekabr 2013 15:09 (UTC +04:00)

Avropa Komissiyasının prezidenti: “Şahdəniz-2” Avropanın enerji təhlükəsizliyini gücləndirəcək”

Avropa Komissiyası (AK) bu gün Bakıda “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya sazişinin imzalanmasını alqışlayıb.


 

Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyindən “APA-Economics”ə verilən məlumata görə, bu barədə AK-nın mətbuat xidmətinin yaydığı bəyanatda bildirilir.

 

Qeyd olunur ki, bu sazişin imzalanması 2019-cu ilin əvvəlindən başlayaraq Avropanın hər il milyardlarla kubmetr qaz alacağını təsdiqləyib: “İndiyədək qəbul olunmuş bütün qərarlar, o cümlədən TAP layihəsinin Azərbaycan qazının Avropaya əsas ixrac marşrutu kimi seçilməsi bu yekun investisiya qərarı ilə şərtlənib.

 

AK-nın prezidenti Joze Manuel Barrozu bildirib ki, “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya sazişinin imzalanması Avropanın daha güclü enerji təhlükəsizliyinə qapı açmağa imkan verir: “2011-ci ilin yanvarında Azərbaycan prezidenti İlham Əliyevlə imzaladığım birgə bəyannaməyə əsaslanan bu addım AB-nin Xəzər hövzəsinin qazına birbaşa çıxışı deməkdir. Enerji daşıyıcılarının nəql marşrutlarının diversifikasiyası avropalı istehlakçıların və müəssisələrin rifahına xidmət edəcək”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 883
avatar

Oxşar yazılar