Avrokomissar: Avropa Cənub Qaz Dəhlizini seçib
09 dekabr 2014 23:26 (UTC +04:00)

Avrokomissar: Avropa Cənub Qaz Dəhlizini seçib

Avropa Xəzər regionundan Avropa İttifaqına təbii qazı nəql edəcək  boru kəmərinin yeni prioritet layihəsini - Cənub Qaz Dəhlizini  seçib. APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə Enerji Birliyinin işləri üzrə avrokomissar Maroş Şefçoviç Aİ Şurasının iclası zamanı çıxışında bildirib.    

 

“Cənub Qaz Dəhlizi ilə ilk qaz Avropaya artıq 2019-cu ildə daxil olacaq”, deyə Maroş Şefçoviç vurğulayıb.

 

Avropalı məmur qeyd edib ki, Aİ ölkələrinin energetika nazirləri iclas zamanı qeyd olunan enerji layihəsinin reallaşdırılması zamanı yaranacaq siyasi və bürokratik problemlərin sadələşdirilməsi imkanlarını və Aİ hüdudlarından kənarda layihə iştirakçıları arasında bu problemlərin həllində yardım göstərilməsi məsələsini nəzərdən keçiriblər.

 

Maroş Şefçoviçin sözlərinə görə, Azərbaycan və Türkiyə Cənub Qaz Dəhlizi üzrə layihələrin reallaşdırılmasına sadiq olacaqlarına dair artıq  Aİ-yə təminat verib.  

 

 Onun sözlərinə görə,  Aİ Cənubi Avropa ölkələrindəki yerli əhəmiyyətli qaz kəmərlərinin Aİ-nin digər ölkələrinin enerji sistemləri ilə birləşdirilməsi məqsədi ilə Cənubi Avropadakı boru kəmərlərinin tikintisini aktivləşdirmək niyyətindədir. “Biz həmçinin bu infrastruktura əlavə sərmayələrin yatırılması imkanlarını nəzərdən keçirməliyik”, deyə avropalı məmur qeyd edib.  

# 93
avatar

Oxşar yazılar