Arpaçay üzərində iki elektrik stansiyası açıldı
07 aprel 2014 18:32 (UTC +04:00)

Arpaçay üzərində iki elektrik stansiyası açıldı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 7-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində “Arpaçay-1” və “Arpaçay-2” Su Elektrik stansiyalarının işə salınması mərasimində iştirak edib. Lent.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, 2006-cı ildə Naxçıvanın enerji təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət kəsb edən və ümumi gücü 87 meqavat olan Naxçıvan Modul Elektrik Stansiyası işə salınıb. Turbinlərin qazla işləmə rejiminə keçirilməsi nəticəsində Naxçıvan Qaz-Turbin Elektrik Stansiyasının gücü 60 meqavat artıb. Sonradan müxtəlif dövrlərdə bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində Heydər Əliyev su anbarı üzərində 4,5 meqavat gücündə Ordubadda Biləv Su Elektrik Stansiyası fəaliyyətə başlayıb. Şərur rayonunda “Arpaçay” Su Elektrik Stansiyasının işə salınması istiqamətində mühüm işlər görülüb.


Əvvəlcə “Arpaçay-2” Su Elektrik Stansiyasının fəaliyyəti ilə tanış olan Prezident İlham Əliyevə məlumat verilib ki, 1,4 meqavat gücündə olan stansiyanın anbarının ümumi su tutumu 3 milyon kubmetrdir. Əsasən paylayıcı funksiyanı yerinə yetirən stansiyada son vaxtlar görülən işlər əhalinin elektrik enerjisi ilə fasiləsiz təmin olunmasına və daha geniş ərazidə əkin sahələrinin suvarılmasına əlverişli imkanlar yaradır.
Dövlət başçısı “Arpaçay-2” Su Elektrik Stansiyasını işə salıb.


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov prezident İlham Əliyevə məlumat verib ki, aparılan yenidənqurma işləri zamanı müasir texnika və avadanlığın quraşdırılması diqqət mərkəzində saxlanılıb. Bu işlər Prezident İlham Əliyevin 2014-cü il martın 14-də “Naxçıvan Muxtar Respublikasında “Arpaçay-2” Su Elektrik Stansiyasının tikintisinin maliyyələşdirilməsi haqqında” imzaladığı Sərəncam əsasında aparılıb. Sərəncama əsasən, “Arpaçay-2” Su Elektrik Stansiyasının tikintisini başa çatdırmaq məqsədilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 4 milyon manat ayrılıb.
Sonra Prezident İlham Əliyev “Arpaçay-1” Su Elektrik Stansiyasının işə salınması mərasimində iştirak edib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 999
avatar

Oxşar yazılar