Dövlət Neft Şirkəti xam neftin ixracı barədə məlumat yayıb. Qurumdan Lent.az-a verilən məlumata görə, ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2013-cü ilin dekabr ayında Novorossiysk limanından 169 min 363 ton, Supsa limanından 242 min 218 ton, Çeyhan limanından 1 milyon 467 min 84 ton xam neft ixrac edib.
Ümumilikdə yanvar-dekabr ayları ərzində Novorossiysk limanından 1 milyon 751 min 23 ton, Supsa limanından 2 milyon 725 min 950 ton, Ceyhan limanından isə 19 milyon 748 min 27 ton xam neft ixrac edilib. ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də ARDNŞ-ə məxsus xam neft həcmlərini əks etdirir.