Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) neft-qaz emalı və neft-kimya kompleksinin (NQNK) inşası ilə əlaqədar olaraq işlər ardıcıl olaraq davam edir.
ARDNŞ-dən “APA-Economics”ə verilən məlumata görə, artıq NQNK-nın və kənar infrastrukturun layihələndirilməsi üçün kompleksin inşa ediləcəyi ərazidə detallı geofiziki, geotexniki və hidroloji işlərin həyata keçirilməsinə zərurət yaranıb. Həmin işləri “Fugro Survey Ltd. (Caspian)” şirkəti həyata keçirəcək.
Hazırda ərazidə geofiziki işlər yekunlaşıb, hidroloji və geotexniki işlər isə davam edir. Həyata keçiriləcək işlərin yekununda torpaq tədqiqat işləri barədə hesabat hazırlanacaq və həmin sənəddən ərazidə aparılacaq tikinti işləri üçün layihələndirmə işlərində istifadə ediləcək.