ARDNŞ Afinada ofis açır
25 noyabr 2014 13:31 (UTC +04:00)

ARDNŞ Afinada ofis açır

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Yunanıstanın paytaxtı Afinada ofis açmağa qərar verib.

 

APA-Economics”in məlumatına görə, bunu Yunanıstanın “Bridging Europe” nəşrinə müsahibəsində ARDNŞ-in prezidenti Rövnəq Abdullayev bildirib.

 

R. Abdullayev sözlərinə görə, Yunanıstan Milli Qazpaylayıcı Şəbəkəsinin operatoru olan DESFA şirkətinin özəlləşdirilməsi prosesində ARDNŞ tenderin iştirakçısı olan əsas iddiaçı olmaqda davam edir: “Önümüzdəki bir neçə ay ərzində əməliyyatın tam başa çatdırılması gözlənilir. DESFA Avropa İttifaqına üzv olan ölkələrin ərazisində bu miqyasda olan ARDNŞ-in ilk layihəsidir və biz bu yolda yunan tərəfdaşlarımızla əməkdaşlıq etdiyimiz üçün çox xoşbəxtik”.

 

Şirkət rəhbəri qeyd edib ki, Yunanıstanın Trans-Adriatik qaz kəmərinin (TAP) keçdiyi ölkələrdən biridir və bu layihəsinin həyata keçirilməsində əsas rol oynayır: “Yunanıstanda artan aktivlərimizin bir nəticəsi olaraq, biz Afinada ölkə ofisi açmağa qərar vermişik. Bizim mövcud həmkarlarımızla əlaqəmizi idarə etmək və Yunanıstanda daha çox iş imkanları əldə edə biləcəyimizi nəzərə alaraq, “SOCAR Energy Greece SA” şirkəti tamamilə qurulduqdan sonra, bu iş daha asan olacaq”.

 

R. Abdullayev deyib ki, Yunanıstan Azərbaycan üçün etibarlı strateji tərəfdaşdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 558
avatar

Oxşar yazılar