Fransanın “Total” neft şirkəti “Şahdəniz” layihəsində payını satarsa, Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) bu payı almaqda maraqlıdır.
“APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ARDNŞ-in iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov deyib.
Onun sözlərinə görə, layihənin digər səhmdarı - TPAO (Türkiye Petrolleri Anonim Ortaklığı) da “Total”ın payını almaqda maraqlıdır.
Qeyd edək ki, hazırda “Şahdəniz” layihəsində səhm bölgüsü bu cürdür: BP (operator – 28,8%), ARDNŞ (16,7%), Statoyl (15,5%), LUKOYL (10%), NİKO (10%), Total (10%) və TPAO (9%).