ADİU-nun əcnəbi tələbəsi "Azərbaycan dili" olimpiadasında qalib oldu
07 noyabr 2014 18:11 (UTC +04:00)

ADİU-nun əcnəbi tələbəsi "Azərbaycan dili" olimpiadasında qalib oldu

Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alan Nigeriya vətəndaşı Viktor Damola ölkədə ilk dəfə keçirilən “Əcnəbi tələbələr arasında Azərbaycan dili” olimpiadasının qalibləri sırasında olub.

Lent.az-ın məlumatına görə, Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Baki Beynəlxalq Tələbə Klubunun təşkil etdiyi olimpiadada beş nəfər əcnəbi tələbə qalib adını qazanıb. Amerika, Çin, Koreya, Türkiyə, Nigeriya, İraq, Pakistan, Əfqanıstan və Özbəkistandan olan tələbələrin qatıldığı olimpiadada finala 14 gənc vəsiqə qazanıb. Əcnəbi gənclər Azərbaycan dilində şeir və mahnılar səsləndirərək öz dil bacarıqlarını nümayiş etdiriblər.

Qalibləri millət vəkilləri Aydın Mirzəzadə, Qənirə Paşayeva, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, YAP Gənclər birliyinin ofis rəhbəri Əli Pənahov, Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun sektor müdiri Vaqif Seyidbəyov, Gənclər və İdman Nazirliyinin sektor müdiri Fuad Babayev, əməkdar artist Tünzalə Ağayeva və teleaparıcısı Samirə Mustafayevanın təmsil olunduğu münsiflər heyəti müəyyən edib.

Qaliblərə sertifikat və hədiyyələr təqdim olunub.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 884

Oxşar yazılar