İqtisad Universitetində Türkiyə ilə iqtisadi münasibətlər müzakirə olunub
03 noyabr 2014 16:26 (UTC +04:00)

İqtisad Universitetində Türkiyə ilə iqtisadi münasibətlər müzakirə olunub

Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) Azərbaycanda keçirilən “Türkiyə həftəsi” çərçivəsində “Azərbaycan-Türkiyə iqtisadi münasibətləri və onun regionun iqtisadi gələcəyinə təsiri” mövzusunda konfrans keçirilib.

Ali məktəbdən Lent.az-a verilən məlumata görə, konfransda çıxış edən ADİU-nun rektoru, professor Ədalət Muradov bildirib ki, Azərbaycanın Türkiyə ilə iqtisadi əlaqələrinin səviyyəsi həm xarici siyasətdə, həm investisiyaların həcmində, həm də birgə yaradılmış müəssisələrin dinamikasında özünü göstərir. Təsadüfi deyil ki, Azərbaycanın qeyri neft sektoruna yatırılan investisiyanın əsas hissəsi məhz Türkiyə mənşəlidir.

Türkiyə Böyük Millət Məclisinin Ədalət və İnkişaf Partiyasından millət vəkili, Azərbaycan-Türkiyə Dostluq qrupunun üzvü Adnan Yılmaz çıxışında Azərbaycan və Türkiyənin birgə həyata keçirdiyi layihələrin təkcə iki dövlət üçün deyil, bütövlükdə region üçün əhəmiyyətindən danışıb.

Türkiyə Cümhuriyyətinin Enerji və Təbii Ehtiyatlar Nazirliyinin müstəşar müavini Zafer Benli isə Trans Anadolu qaz kəməri (TANAP) layihəsinin əhəmiyyətini vurğulayaraq “Azərbaycanla Türkiyə Cənubi Qafqazla Avropanı birləşdirəcək enerji dəhlizi yaradırlar” deyə bildirib.

Konfrans müzakirələrlə davam edib. İştirakçılar tələbələri maraqlandıran sualları cavablandırıblar. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 477

Oxşar yazılar