Xidmətlərini daim təkmilləşdirən AGBank müştərilər üçün daha rahat şərtlər yaratmaq üçün çalışır. Müasir ödəniş sistemi “MilliÖN” vasitəsi ilə həyata keçirilən əməliyyatlar sırasına elektron sorğu xidməti də əlavə olundu. Belə ki, nağd pul və ya güzəşt müddətli kredit xətlərinin açılması, həmçinin kredit, debet və “Həzz” kartlarının əldə edilməsinə dair sorğu vermək üçün banka gəlməyə ehtiyac yoxdur. Sizə yaxın olan istənilən “MilliÖN” köşkündə AGBank bölməsinə daxil olub məhsulu seçdikdən sonra əlaqə nömrəsini qeyd edərək elektron sorğunu göndərmiş olursunuz.
Onu da qeyd edək ki, AGBank müştəriləri “MilliÖN” vasitəsi ilə kart və cari hesablara pul köçürə və nağd pul kreditlərin ödənişini həyata keçirə bilərlər.
Əlavə məlumat üçün AGBank-ın “135” Məlumat Mərkəzi həftənin 7 günü 24 saat müştərilərin ixtiyarındadır.