"Elmlər Akademiyası" stansiyasının yeni çıxışı nə vaxt açılacaq?
11 yanvar 2015 12:16 (UTC +04:00)

"Elmlər Akademiyası" stansiyasının yeni çıxışı nə vaxt açılacaq?

“Bakı Metropoliteni” QSC 2015-ci il ərzində “Elmlər Akademiyası” stansiyasının ikinci çıxışını istismara verməyi planlaşdırır. Bu barədə Trend-ə QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.

N.Paşayev qeyd edib ki, stansiyanın əlavə çıxışının tikintisi üzrə əsas işlər, demək olar, başa çatıb: "Obyektin bu ilin sonunadək istismara verilməsi planlaşdırılır, lakin dəqiq tarix barədə danışmaq hələ tezdir".

Onun sözlərinə görə, hazırda zəruri avadanlıqlar quraşdırılır, infrastruktur yaradılır, bütün lazımi sistemlər təşkil olunur.

“Elmlər Akademiyası” stansiyasının ikinci çıxışı Bakı Dövlət Universitetinin yaxınlığında yerləşir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 224

Oxşar yazılar