(R) AAAF Parkda “Zirvə” restoranı
10 fevral 2015 14:46 (UTC +04:00)

(R) AAAF Parkda “Zirvə” restoranı

“AAAF Park” Yaşayış Kompleksi bütün ziyarətçilərini asudə vaxtlarını daha gözəl keçirmələri üçün məhz bu kompleksdə yerləşən “Zirvə” restoranına dəvət edir.  Bu məkan da müştərilərin daima xidmətindədir.

“Zirvə” restoranı xüsusilə cənub regionunun yeməkləri-təndirdə hazırlanan balıq və toyuq  ləvəngiləri, kabablar, xəmir yeməkləri, qazan yeməkləri, tabaka, plovlar, sac yeməkləri, eləcə də Avropa və milli mətbəxin ləziz yeməkləri ilə məşhurdur. Burada istənilən milli yemək əvvəlcədən sifariş etməklə hazırlanır.

60-80 nəfərlik böyük zalı banket və tədbirlər üçün, 15-30 nəfərlik kiçik zalı isə kiçik tədbirlər üçün nəzərdə tutulmuşdur. Burada həmçinin ailəvi kabinetlər də mövcuddur.

Açıq havada, fontanın yanında tədbir və banketlərin keçirilməsi üçün say məhdudiyyəti yoxdur.

“Zirvə” restoranında evlərə və ofislərə pulsuz çatdırılma xidməti də yaradılmışdır.

Çay dəsgahı, kömür, samovar, kənd ləzzəti, istirahət bağı, ekzotik quşlar, hovuz və rəngli fəvvarələr, həzin musiqi sizin zövqünüzü oxşayacaq.

Yüksək xidmət, sərfəli qiymət, tanınmış aşpazlar, gülərüz personal sizləri gözləyir!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 339
avatar

Oxşar yazılar