[b]Manat 10% bahalaşıb -[/b] Fevralda
28 fevral 2017 09:39 (UTC +04:00)

[b]Manat 10% bahalaşıb -[/b] Fevralda

Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə USD/AZN rəsmi məzənnəsini 1,7475 səviyyəsində müəyyən edib.

 

"APA-Economics" xəbər verir ki, beləliklə, aya 1,9200 manat səviyyəsində başlayan dollar fevralı 1,7475 manatla tamamlayıb. Göründüyü kimi, dollara fevralda manata qarşı 9,87% ucuzlaşıb.
 

Onu da qeyd edək ki, manat fevralın 16-dək bahalaşma nümayiş etdirib. Fevralın 16-dan isə manat ucuzlaşır.

 

AMB ucuzlaşmanın səbəbini açıqlamır.

 

Ötən gün banklar orta hesabla dolları 1,7350 manata alıb, 1,8400 manata satıb.

 

Bu gün isə AMB tərəfindən növbəti valyuta hərracı baş tutacaq. Hərracda manatın ortaçəkili məzənnəsi müəyyənləşəcək.

 
 
 
 

 

# 212
avatar

APA Baycan

Oxşar yazılar