“Şirinlər” tumlarının istehsalçısının keçirdiyi lotereya dayandırıldı
16 dekabr 2014 16:51 (UTC +04:00)

“Şirinlər” tumlarının istehsalçısının keçirdiyi lotereya dayandırıldı

0

 

 

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən keçirilmiş nəzarət tədbirləri nəticəsində “Şirinlər” günəbaxan tumlarının istehsalçısı olan “Şərq Qərb” ASC tərəfindən stimullaşdırıcı lotereyanın keçirilməsinə hüquq əldə edilmədən başlanılması aşkar edilib.


 

Komitədən “APA-Economics”ə verilən məlumata görə, bununla əlaqədar lotereyanın dayandırılması barəsində ASC-yə göstəriş verilib.

 

QKDK “Şərq Qərb” ASC tərəfindən keçirilən lotereyanın qeyri-qanuni olduğunu bildirir və vətəndaşları bu lotereyada iştirak ilə bağlı diqqətli olmağa dəvət edir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 489

Oxşar yazılar