“Philips” şirkəti 467 milyon dollar məbləğində cərimələndi
05 oktyabr 2014 06:22 (UTC +04:00)

“Philips” şirkəti 467 milyon dollar məbləğində cərimələndi

0
Məişət elektronikasının istehsalı, səhiyyə və istehlak elektronikası sahəsi üçün xidmət göstərilməsi və kompleks həllər üzrə ixtisaslaşmış Hollandiyanın “Royal Philips Electronics NV” şirkəti “Masimo” tibbi avadanlıq istehsalçısına məxsus iki patentin pozulmasında təqsirli bilinib.
 
Lent.az "ICTnews" elektron xəbər xidmətinə istinadən bildirir ki, Delaver ştatının Federal məhkəməsi tərəfindən çıxardılmış qərara əsasən, “Philips” rəqibinə 466,8 milyon dollar məbləğində kompensasiya ödəməli olacaq. Avropa şirkətinin direktoru Frans van Hauten deyib ki, məhkəmənin qərarından təəsüf hissi keçirir və təyin edilmiş cərimənin ölçüsü onu heyrətləndirib.
 
Top-menecer bildirib ki, “Philips” bütün instansiyalara çıxarılmış qərardan şikayət edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 898

Oxşar yazılar