Rusiyanın “Lukoyl” şirkəti Çexiya, Slovakiya və Macarıstandakı yanacaqdoldurma məntəqələrini (YDM) satır.
“APA-Economics”in İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, artıq bununla bağlı “Lukoyl” Macarıstanın “MOL” və “Norm Benzinkut” şirkətləri ilə müqavilə imzalayıb.
Müqaviləyə əsasən, “MOL”un “Slovnaft Ceska Republica Spol. S.R.O.” törəmə şirkəti “Lukoyl”dan Çexiyada yerləşən 44 ədəd qazdoldurma stansiyasını alacaq.
“Norm Benzinkut Kft” şirkəti isə Rusiyanın neft-qaz şirkətindən Macarıstanda fəaliyyət göstərən 75 ədəd və Slovakiyada yerləşən 19 ədəd YDM əldə edəcək.
Məlumata görə, hər iki müqavilədə nəzərdə tutulan öhdəliklər bu ilin sonuna kimi icra olunacaq.
Şirkətin məlumatında bildirilir ki, aktivlərinin satılması barədə qərar “Lukoyl”un neft məhsulları biznesinin optimallaşdırılması çərçivəsində qəbul edilib.