“Aztelekom”a yeni rəhbər təyin olunub
14 mart 2016 09:27 (UTC +04:00)

“Aztelekom”a yeni rəhbər təyin olunub

 Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” MMC-yə yeni rəhbər təyin olunub.

 

APA-Economics”in əldə etdiyi məlumata görə, Suat Paşayev MMC-nin baş direktoru vəzifəsinə gətirilib.

 

Qeyd edək ki, S. Paşayev buna qədər “Rcom” şirkətinin baş direktoru vəzifəsini tutub.

 

Xatırladaq ki, bu təyinata qədər “Aztelekom” MMC-nin baş direktoru Məhəmməd Məmmədov olub. M. Məmmədov barəsində Səbail rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. O Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Baş direktorla birlikdə daha bir neçə vəzifəli şəxs, o cümlədən “Aztelekom”un baş mühasibi Oqtay Rüstəmov də saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 564
avatar

Oxşar yazılar