Azərbaycan iqtisadiyyatının gələcəyi qaz sektoru ilə bağlıdır.
«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev 2013-cü ilin yekunları ilə bağlı bu gün keçirilən tədbirdə bildirib: «Azərbaycanın gələcəyi qazla bağlıdır və ölkədəki qaz infrastrukturunu inkişaf etdirməliyik».
Onun sözlərinə görə, bu gün ARDNŞ Xəzər dənizindəki «Babək» və «Asiman» qaz yataqlarına satış üçün tərəfdaş axtarır: «Bu tərəfdaşlar tapılacaq. Bu tərəfdaşlar tapılmasa, bu qaz anbarlarının əhəmiyyəti olmaz».
ARDNŞ prezidenti Gürcüstan, Türkiyə, Rumıniya və İsveçrədə həyata keçirilən layihələr barədə də danışıb. Türkiyədə iki ildən sonra zavodun «Star» neft emalı zavodunun tikintisinin yekunlaşacağını vurğulayan şirkət rəhbəri ARDNŞ-in Gürcüstanda ən böyük investor olduğunu qeyd edib.
«Gələn il Rumıniyada yanacaqdoldurma məntəqələrinin sayını artıracağıq. İsveçrədə aldığımız yanacaqdoldurma məntəqələrinin rebrendinqini isə artıq yekunlaşdırmışıq. Məqsədimiz ölkəmizin adını daha da yüksəklərə qaldırmaqdır», - R.Abdullayev bildirib.