“Şahdəniz-2” layihəsinin reallaşması Azərbaycana əlavə investisiyalar cəlb etməyə, eləcə də Azərbaycanla Böyük Britaniya arasındakı möhkəm əlaqələri diversifikasiya etməyə imkan verəcək”.
APA-nın xəbərinə görə, bunu Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq Bakıda keçirilən “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya qərarının imzalanması mərasimində bildirib.
Onun sözlərinə görə, “Şahdəniz-2” layihəsinin inkişafı “Cənub dəhlizi”nin yaranmasına imkan verəcək ki, bu da Avropanın enerji təhlükəsizliyini təmin edəcək və yeni qaz mənbələrini təqdim edəcək.
Nazir “Cənub dəhlizi”nin genişlənməsinin mümkünlüyünü vurğulayıb: “Bu isə Yaxın Şərqdə enerji resursları mənbələrinə çıxış etməyə və Avropanın enerji təhlükəsizliyini daha da möhkəmləndirəcək”.