70 yaşlı kişi La-Manşı üzərək keçdi
70 yaşlı avstraliyalı Böyük Britaniyadan Fransaya La-Manş kanalını üzərək daxil olub
Bununla da o, kanalı üzüb keçən ən yaşlı adamlar arasında birinci yerə çıxıb. Lent.az-ın Musavat-a istinadən verdiyi xəbərə görə, bu barədə BBC məlumat yayıb.
Siril Beldok Sidney şəhərinin sakinidir. O, Britaniyadan Fransaya 12 saat 45 dəqiqəyə üzərək keçib.
BBC bildirir ki, Siril Beldok hələ uzaq 1985-ci ildə La-Manş kanalını üzüb keçmişdi. O vaxt yolda bir neçə dəfə fasilə edən 41 yaşlı üzgüçü şokolad və meyvə şirəsi içdikdən sonra üzməyə davam etmişdi və 10 saat 44 dəqiqədən sonra mənzil başına çatmışdı.
Maraqlıdır ki, avstraliyalının üzməsini “Twitter” vasitəsi ilə izləmək mümkün olmuşdu. Siril Beldoka dəstək verən qrupun təşkil etdiyi bu yayını çoxları yaxından izləyib.
“Sydney Morning Herald” qəzetinin məlumatına görə Siril Beldok uşaq vaxtı sudan qorxarmış və nəfəs alama ilə bağlı ciddi problemi vardı.
Ancaq Siril Beldokun rekordu tezliklə kölgədə qala bilər. Belə ki, 73 yaşlı bir qadın La-Manş kanalını üzüb keçməyə hazırlaşır. Maraqlıdır ki, bu cəsarətli xanım da Avstraliya vətəndaşıdır.
1313