44 ton keyfiyyətsiz məhsul məhv edilib
27 mart 2014 17:41 (UTC +04:00)

44 ton keyfiyyətsiz məhsul məhv edilib

0

“Ötən il mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 44,4 ton müxtəlif növ ərzaq malları satışdan çıxarılaraq məhv edib”. Lent.az-ın məlumatına görə, bunu 
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Araz Əliyev bildirib. Rəis müavini vurğulayıb ki, istehlakçılar hüquqlarının pozulması halları ilə rastlaşdıqda Nazirliyin 195-2 Telefon Məlumat Mərkəzinə, 498-15-01 və 498-15-04 nömrəli telefonlar vasitəsilə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat verə bilərlər. “Daxil olmuş müraciətlərə Dövlət Xidməti tərəfindən operativ şəkildə baxılır və qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 718

Oxşar yazılar