1 tona yaxın ərzaq məhv edilib
11 fevral 2014 11:44 (UTC +04:00)

1 tona yaxın ərzaq məhv edilib

Anti-inhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinqlər keçirilib. Bu barədə Lent.az-a qurumdan məlumat verilib. Monitorinqlər Bakının Binəqədi, Xəzər, Binəqədi rayonlarında, eyni zamanda Abşeron, Göygöl, İsmayıllı, Şəmkir, Beyləqan, İmişli, Füzuli, Ağdam rayonlarında baş tutub.

Nəticədə ümumilikdə, monitorinqlər zamanı 900 kq-dan çox saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində inzibati cərimələr tətbiq olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 594

Oxşar yazılar