Türkiyənin İstanbul şəhərində iki qitəni dənizin altından ikinci dəfə birləşdirəcək Avrasiya tunelinin tәmәlqoyma mәrasimi keçirilib. Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Heydәrpaşa limanında tәşkil edilәn tәmәlqoyma mәrasimində Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan da iştirak edib. Layihәnin həyata keçməsi ilә Qazlıçeşmә-Göztәpə arasındakı 100 dəqiqəlik məsafə 7 dəfə azalacaq.
1 milyard 245 milyon dollara başa gələcək layihə 2015-ci ildә tamamlanacaq.