12 şəxsin adı Mərkəzi Bankın "qara siyahı"sında
03 mart 2016 15:57 (UTC +04:00)

12 şəxsin adı Mərkəzi Bankın "qara siyahı"sında

Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti BMTTəhlükəsizlik Şurasının “Əl-Qaidə” Sanksiya Komitəsinin fevralın 29-da qəbul edilmiş qərarlarına uyğun olaraq martın 3-də ümumi siyahını yeniləyib.

 

Xidmətdən “APA-Economics”ə verilən xəbərə görə, ümumi siyahı Nazirlər Kabinetinin 25.06.2010-cu il tarixli 124 nömrəli Qərarı ilə təsdiq edilmiş “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, habelə BMT Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinə əsasən barələrində sanksiyalar tətbiq edilməli olan fiziki və ya hüquqi şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası”na əsasən yenilənib.

 

Məlumata görə, 12 nəfərin adı siyahıya əlavə olunub. Onların 11-i Əl-Qaidə, 1-i isə İŞİD qruplaşmasının üzvüdür. Həmin şəxslərin adı Abd Al-Baset Azzouz, Gulmurod Khalimov, Nusret Imamovic, Muhannad Al-Najdi, Morad Laaboudi, Ali Musa Al-Shawakh, Hasan Al-Salahayn Salih Al-Sha’ar, Mounir Ben Dhaou Ben Brahim Ben Helal, Mohammed Abdel-Halim Hemaida Saleh, Salim Benghalem, Abu Ubaydah Yusuf Al-Anabi, Harakat Sham Al-Islamdır.

 

Qeyd edək ki, ümumi siyahının son versiyası Maliyyə Monitorinqi Xidmətinin rəsmi internet səhifəsində (http://www.fiu.az/aze/umumi-siyahi/) yerləşdirilib, habelə aidiyyəti nəzarət orqanlarına, monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslərə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 225
avatar

Oxşar yazılar