SOCAR-ın “Yaşıl” istiqrazları ABB  mobile tətbiqində!
23 yanvar 2025 10:02 (UTC +04:00)

SOCAR-ın “Yaşıl” istiqrazları ABB mobile tətbiqində!

ABB özünün törəmə müəssisəsi olan “ABB İnvest” şirkəti vasitəsilə daha bir investisiya fürsətini ABB mobile tətbiqi üzərindən əlçatan edib. Artıq SOCAR-ın “Yaşıl” istiqrazlarını da ABB mobile tətbiqi vasitəsilə, heç yana getmədən, əvvəldən sona tam rəqəmsal təcrübə ilə, cəmi bir neçə toxunuşla və komissiyasız əldə etmək olar.

SOCAR-ın "Yaşıl” istiqrazlarının buraxılışına 15 yanvar 2025-ci il tarixindən start verilib. Emissiyanın ümumi məbləği 200 milyon ABŞ dollarıdır. İstiqrazların sayı 200 min ədəd, hər birinin nominal dəyəri 1 000 ABŞ dollarıdır.

Qiymətli kağızlar 5 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 6%-dir. Faizlər rüblük ödəniləcək. “Yaşıl” istiqrazları əldə etmək üçün son tarix 28 fevral 2025-ci ildir.

İnvestorlar bu tarixə qədər ABB mobile vasitəsilə sifarişlərini yerləşdirərək SOCAR-ın “Yaşıl” istiqrazlarını əldə edib investisiya imkanlarından faydalana bilərlər.

“Yaşıl Gəlir, Yaşıl Gələcək” devizi ilə buraxılmış istiqrazların yerləşdirilməsindən əldə olunan vəsait “SOCAR Green” MMC-nin bərpa olunan layihələrinə və investisiyalarına sərf ediləcək. Bu baxımdan, SOCAR-ın “Yaşıl” istiqrazları vətəndaşlara etibarlı və stabil gəlir qazandırmaqla yanaşı, ölkəmizin "Yaşıl enerji" sahəsindəki təşəbbüslərini də dəstəkləyir.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 498
avatar

Oxşar yazılar