"Səyyar qəbul otağı"nın növbəti ünvanı Daşkəsən rayonu oldu
26 dekabr 2022 19:57 (UTC +04:00)

"Səyyar qəbul otağı"nın növbəti ünvanı Daşkəsən rayonu oldu

"Daşkəsən rayonu dağlıq ərazidə yerləşdiyindən qış ayları olduqca sərt keçir. Bəzi kəndlərdə, o cümlədən yaşadığım Qabaqtəpə kəndində təbii qazın olmaması bizə xeyli çətinlik yaradır. Xahiş edirəm mavi yanacaqla təmin olunmayan kəndlərin qazlaşdırılmasında bizə köməklik edəsiniz".

"Azəriqaz" İstehsalat Birliyindən Lent.az-a verilən xəbrə görə, bu sözləri Daşkəsən rayonunun Qabaqtəpə kənd sakini Gülnaz Cəfərova sözü gedən rayonda təşkil olunan "Açıq mikrofon" aksiyası zamanı bildirib.

Aksiyaya üz tutan vətəndaşlar qaz təchizatı ilə bağlı üzləşdikləri çətinliklərdən söz açıblar. Tapan kənd sakini İkram Tağıyev, Pirverdilər kənd sakini Rəsul Həsənov və Dardərə kənd sakini Əbülfət Şıxıyev də yaşadıqları kəndlərin qazlaşdırılması ilə bağlı müraciətlərini ünvanlayıblar. SOCAR "Azəriqaz" İstehsalat Birliyinin Şəmkir Regional qaz istismarı İdarəsinin rəhbərliyi aparılan qazlaşdırılma işləri ilə bağlı sakinlərə məlumat verərək ünvanlanan müraciətlərin aidiyyatı üzrə yönləndiriləcəyini qeyd ediblər. Görüş zamanı vətəndaşlar tərəfindən səsləndirilən bütün müraciətlər dinlənilərək qeydiyyat aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1644
avatar

Fidan İlqar

Oxşar yazılar