Ruslan Əliyev: “Bizim bütün uğurlarımızın təməlini siz qoyursunuz” -VİDEO
03 oktyabr 2022 17:43 (UTC +04:00)

Ruslan Əliyev: “Bizim bütün uğurlarımızın təməlini siz qoyursunuz” -VİDEO

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Yardımlı rayonunun Ostayır kəndinə səfər edib. Birlik rəhbəri sözügedən kənddə qazlaşdırılma işləri ilə yaxından tanış olub. 

Lent.az xəbər verir ki, ucqar ərazidə yerləşən kənddə görülən işlər barədə Ruslan Əliyevə məlumat verilib. İşin həcmi böyük olduğundan baş direktor əraziyə əlavə briqadaların ayrılması ilə bağlı tapşırıq verib. Daha sonra bir qrup Birlik əməkdaşı SOCAR “Azəriqaz” İB-də faydalı işinə, nümunəvi əmək fəaliyyətinə görə Fəxri Fərman və hədiyyə ilə mükafatlandırılıb. Kənd sakinləri görülən işlərlə bağlı SOCAR rəhbərliyinə təşəkkür ediblər.

Ruslan Əliyev Çay Üzü kəndində də qazlaşdırılma işləri ilə maraqlanıb. Baş direktora məlumat verilib ki, kəndin qazlaşdırılması üçün uzunluğu 13989 m olan müxtəlif diametrli polad və polietilen borulardan istifadə olunacaq. Birlik əməkdaşlarının iş şəraiti ilə tanış olan Ruslan Əliyev bir qrup əməkdaşı SOCAR “Azəriqaz” İB-də faydalı işinə, nümunəvi əmək fəaliyyətinə görə Fəxri Fərman və hədiyyə ilə mükafatlandırıb.

 “Bizim bütün uğurlarımızın təməlini siz qoyursunuz. Son illər istər qazlaşmada, istərsə də “Azəriqaz” İB-nin iqtisadi göstəricilərində olan uğurlarında sizin böyük əməyiniz var. Bütün SOCAR “Azəriqaz” İB-nin rəhbərliyi sizə minnətdardır.” -, deyə baş direktor bildirib.

Daha ətraflı: 

# 888
avatar

Oxşar yazılar

Azərbaycandan “OPEC plus”un qərarına-MÜNASİBƏT

Azərbaycandan “OPEC plus”un qərarına-MÜNASİBƏT

4 dekabr 2022 , 17:47
Lokal dayanmalarla bağlı sosial şəbəkələrdəki reaksiyalara cavab: “Azəriqaz” qışa tam hazırdır!” -  VİDEO

Lokal dayanmalarla bağlı sosial şəbəkələrdəki reaksiyalara cavab: “Azəriqaz” qışa tam hazırdır!” - VİDEO

2 dekabr 2022 , 19:48
“The Banker” ABB-ni "İlin bankı” elan etdi®

“The Banker” ABB-ni "İlin bankı” elan etdi®

2 dekabr 2022 , 18:57
"Azəriqaz" Mingəçevirdə vətəndaş qəbulu KEÇİRƏCƏK

"Azəriqaz" Mingəçevirdə vətəndaş qəbulu KEÇİRƏCƏK

2 dekabr 2022 , 15:55
® “Final çay iç, Finalda qazan!” lotereyasının ikinci tirajının qalibləri müəyyənləşdi!

®“Final çay iç, Finalda qazan!” lotereyasının ikinci tirajının qalibləri müəyyənləşdi!

2 dekabr 2022 , 14:12
® İnnovasiya Sammitinə sayılı günlər qaldı!

®İnnovasiya Sammitinə sayılı günlər qaldı!

2 dekabr 2022 , 10:31
® Aylıq 807 AZN-ə göl və bulvar mənzərəli 3 otaq studiya mənzillər!

®Aylıq 807 AZN-ə göl və bulvar mənzərəli 3 otaq studiya mənzillər!

1 dekabr 2022 , 15:55
® Birbank sahibləri noyabr ayında 2,8 milyon manat keşbek əldə ediblər

®Birbank sahibləri noyabr ayında 2,8 milyon manat keşbek əldə ediblər

1 dekabr 2022 , 10:32