Qızılın qiyməti tarixi rekordu  keçdi
20 yanvar 2026 12:45 (UTC +04:00)

Qızılın qiyməti tarixi rekordu keçdi

0

Yanvarın 20-də keçirilən ticarət zamanı 2026-cı ilin fevralında çatdırılacaq qızıl fyuçersinin qiyməti tarixi maksimuma çataraq bir troya unsiyası üçün 4720 dollar həddini keçib. Növbəti qiymət rekordunu Comex-in (Nyu-York Əmtəə Birjasının bölməsi) məlumatları təsdiqləyir.

Lent.az xəbər verir ki, pik nöqtədə qiymətli metalın kotirovkaları təxminən 4723 dollara yüksəlib. Sonra qızılın birja qiyməti təxminən 4720 dollara qədər enib. Buna baxmayaraq, həmin vaxta qədər əvvəlki ticarət sessiyasının bağlanış səviyyəsi ilə müqayisədə artım 2,71 faiz təşkil edib.

Dünya bazarında qızıl qiymətləri ardıcıl olaraq yeni rekordlar qırmağa davam edir. Bir gün əvvəl, 19 yanvarda qiymətli metalın kotirovkaları psixoloji 4700 dollar həddinə çox yaxınlaşıb. Beləliklə, qızılın qiyməti bir sutka ərzində 20 dollardan çox artıb.

Ekspertlər əsas qiymətli metalın bahalaşmasını dünyadakı gərgin geosiyasi vəziyyətlə əlaqələndirirlər. Venesuela prezidenti Nikolas Maduronun saxlanılması, ABŞ-ın Qrenlandiya və İrana müdaxilə təhdidləri, həmçinin Ukrayna münaqişəsinin tənzimlənməsində irəliləyişin olmaması fonunda fond bazarı iştirakçıları qızılı əsas “təhlükəsiz sığınacaq aktiv” kimi görürlər. Təklifin məhdud olması şəraitində qiymətli metala sabit yüksək tələbin qalması nəticədə birja kotirovkalarını yuxarı itələyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 274

Oxşar yazılar