Neftçalada balıqçı dənizdə boğulub.
Lent.az-ın məlumatına görə, hadisə Mayak kəndi ərazisində baş verib.
Məmmədov Habil Qabil oğlu Xəzər dənizində balıq ovu etmək istəyərkən boğularaq ölüb.
Faktla bağlı Neftçala rayon prokurorluğunda araşdırma aparılır.