SOCAR "Azəriqaz" İstehsalat Birliyinin "Açıq mikrofon" aksiyası davam edir. Bu dəfə "Səyyar qəbul otağı" Gəncə şəhəri, Qələbə Parkında təşkil olunacaq.
"Azəriqaz"dan Lent.az-a verilən məlumata görə, yanvarın 5-də saat 12:00-dan 13:00-a qədər sakinlərin problem və təklifləri fərdi olaraq dinləniləcək.
Vətəndaşlar "Açıq mikrofon" aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.