Təqdim edildiyi gündən istehlakçılar tərəfindən yüksək qiymətləndirilən və mütəmadi olaraq müxtəlif sosial layihələr reallaşdıran “Azərduz” markası növbəti dəfə ənənəsinə sadiq qalıb. Adıçəkilən marka bu dəfə Yeni il və Dünya azərbaycanlılarının həmrəylik günü münasibətilə Masazır və ətraf bölgələrdə yaşayan qazilər, şəhid ailələri və aztəminatlı ailələrə bayram sovqatı hədiyyə edib. Yüzlərlə ailəyə “Azersun Holding” məhsullarından ibarət bayram bağlaması hədiyyə edən “Azərduz” gələcəkdə də ənənələrinə sadiq qalacaq.
Qeyd edək ki, 2010-cu ildə ölkə başçısı İlham Əliyevin iştirakı ilə istismara verilmiş Azərbaycan Duz İstehsalat Birliyi Masazır və ətraf qəsəbələrdə yüzlərlə insanın məşğulluğunun təmin edilməsində mühüm rol oynayır. Müəssisə tərəfindən istehsal olunan duzlar ölkəmizdə yod çatışmazlığının aradan qaldırılması üçün aparılan dövlət siyasətində mühüm yer tutur.