"Azercell" süni zəka texnologiyasına əsaslanan “AI Chat Bot” xidmətini təqdim edib
20 dekabr 2024 13:38 (UTC +04:00)

"Azercell" süni zəka texnologiyasına əsaslanan “AI Chat Bot” xidmətini təqdim edib

Yeni həll müştəri sorğularının 24/7 rejimində operativ şəkildə cavablandırır

Azərbaycanın lider mobil operatoru Azercell yerli telekommunikasiya bazarında daha bir yeniliyə imza atır. Şirkət “Azercell” mobil tətbiqi daxilində süni zəka texnologiyası əsasında işləyən innovativ “AI Chat Bot” həllini istifadəyə verir.

Bu gündən etibarən “AI Chat Bot” tətbiqin “chat” bölməsində müştərilərə operativ və fasiləsiz xidmət göstərir. Belə ki, abunəçilərə ən üstün müştəri təcrübəsini təqdim etməyə yönəlmiş yeni həll sorğuları 24/7 rejimində cavablandırır. Hazırda “AI Chat Bot” yalnız Android platformasında mövcuddur, lakin tezliklə iOS istifadəçiləri üçün də əlçatan olacaq. Xidmətdən yararlanmaq üçün tətbiq yenilənməlidir.

Yeni xidmətin üstünlükləri:

  • Müştəri sorğularını ani emal edir;
  • Onlayn müştəri xidmətlərində gözləmə vaxtını əhəmiyyətli dərəcədə azaldır;
  • Müştərilərə daha sürətli və effektiv həll yolu təqdim edir.

Həmçinin tətbiqin yeni versiyasında istifadəçilər xüsusi bölüm vasitəsilə tətbiqin funksionallığına dair təklif və istəklərini də rahatlıqla göndərə bilərlər.

Qeyd edək ki, Azercell ötən il Azərbaycan dilində tam spektr xidmət göstərən süni zəka əsaslı ilk virtual assistenti – “Aicell”i təqdim edib. Abunəçilərin bir çox sorğusunu özü icra edən “AiCell” ehtiyac olduqda zəngləri IVR və ya operatora yönləndirir.

Hər iki xidmətin ünsiyyət funksiyaları və xidmət imkanları daima genişləndirilir.

Şirkət yeni xidmətləri ilə bağlantını asanlaşdırıb, həyatı daha dolğun etməyi hədəfləyir.

“Azercell” tətbiqini indi yükləyin və süni zəka texnologiyasının üstünlüklərindən faydalanın!

Ətraflı məlumat üçün: https://www.azercell.com/az/

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 465
avatar

Oxşar yazılar