Bu gün Azərbaycan mətbuatı 149 illiyini qeyd edir. 1875-ci ilin 22 iyul tarixində Həsən bəy Zərdabinin böyük səyi nəticəsində Azərbaycan jurnalistikasının bayraqdarı, anadilli ilk mətbu orqan olan “Əkinçi” qəzeti nəşrə başlayıb.
Milli və ümumbəşəri dəyərlərin təbliğində müstəsna rol oynayan mətbuatımıza böyük önəm verən ölkənin lider mobil operatoru “Azercell Telekom” jurnalistləri bu əlamətdar gün münasibətilə xüsusi şəkildə təbrik edib. “Mediacell” tarifinin bütün istifadəçiləri və 2-ci Qarabağ müharibəsində iştirak etmiş media əməkdaşlarına Azercell-dən hədiyyə olaraq 5GB mobil internet paketi təqdim olunub.
5GB həcmində mobil internetdən yükləndiyi gündən etibarən bir ay (30 gün) ərzində istifadə etmək mümkündür. Ətraflı məlumat üçün https://www.azercell.com/az/about-us/press-releases/news/milli-mtbuat-v-jurnalistika-gene-kampaniyasi.html səhifəsinə keçid ala bilərsiniz.
Qeyd edək ki, “Azercell Telekom” işğaldan azad edilmiş ərazilərdə vəzifə borcunu yerinə yetirərkən şəhidlik zirvəsinə ucalmış Məhərrəm İbrahimov və Sirac Abışovun əziz xatirəsini də daima dərin ehtiramla yad edir.
Azercell bütün media nümayəndələrini peşə bayramı münasibətilə təbrik edir, onlara vacib və məsuliyyətli işlərində uğurlar arzulayır!

Azercell Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edir
Oxşar yazılar

“Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib
19 iyun 2025 , 15:42
“Zeytun Bağları”ndan növbəti ekoloji layihə
19 iyun 2025 , 14:08
18 nömrəli tam orta məktəbdə bullinqə qarşı maarifləndirmə sessiyaları keçirildi
19 iyun 2025 , 12:04
"Azərsun Holdinq” ətraf mühitin qorunması istiqamətində çox saylı layihələr həyata keçirəcək
19 iyun 2025 , 11:31
"Azercell" diqqət və qayğıya ehtiyacı olan iki nəsli bir araya gətirdi
19 iyun 2025 , 11:13
“Bakcell” 4-cü YAŞAT düşərgəsinin tərəfdaşıdır
18 iyun 2025 , 19:43
Azercell və ADA Universitetinin birgə təşəbbüsü ilə keçirilən “İdeya İnkubasiyası Proqramı”nın final mərhələsi baş tutub
18 iyun 2025 , 11:12