® “AZERCELL - CUP” İnformatika və Proqramlaşdırma Müsabiqəsinə start verilir
05 noyabr 2022 17:05 (UTC +04:00)

®“AZERCELL - CUP” İnformatika və Proqramlaşdırma Müsabiqəsinə start verilir

Azercell informatika və kompüter elmləri sahəsində məktəb təhsilinin dəstəklənməsi, həmçinin məktəblilərin alqoritmik düşünmə qabiliyyətinin inkişafına yönəlmiş layihələri həyata keçirməyə davam edir. Lider mobil operator 6-8-ci sinif şagirdlərini Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ili birgə əməkdaşlıqda noyabrın 19-da təşkil olunacaq “Azercell Cup” İnformatika və Proqramlaşdırma Müsabiqəsində iştirak etməyə dəvət edir. Qeydiyyat tarixi: 06-13.11.2022.

İki mərhələdən ibarət olacaq müsabiqənin 1-ci mərhələsi www.olimpiada.edu.az saytı üzərindən onlayn şəkildə keçiriləcək. Müsabiqədə 2000 şagirdin iştirakı nəzərdə tutulub. Yarışın sonunda 24 nəfər qalib elan ediləcək. Hər yaş qrupu üzrə qaliblər diplom və medallarla, həmçinin “Azercell Telecom” MMC tərəfindən dəyərli hədiyyələrlə təltif olunacaqlar. Yüksək nəticələr göstərən iştirakçılar Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən təşkil edilən Beynəlxalq Olimpiadalara hazırlıq mərkəzində keçirilən hazırlıq proqramlarında iştirak etmək imkanı qazanacaqlar.

Texnoloji dünyanı birlikdə quraq, gələcəyə töhfə verək!

# 3276
avatar

Oxşar yazılar