"Səyyar qəbul otağı" bu dəfə Tovuz sakinlərinin ixtiyarına verilib.
"Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, aksiyada ümumilikdə 20-yə yaxın müraciət ünvanlanıb. Görüş zamanı qaz xəttininin yerinin dəyişdirilməsi, debitor borcun yenidən araşdırılması, küçə qaz xəttinin çəkilişi və s. kimi müraciətlər səsləndirilib.
Şəmkir RQİİ-nin məsul şəxsləri ünvanlanan problem və təkliflərin qeydə alınaraq aidiyyəti üzrə yönləndiriləcəyini aksiya iştirakçılarının diqqətinə çatdırıblar.