ABB Naxçıvanda 9 ailənin kiçik biznes qurmasına kömək göstərib
09 fevral 2024 13:53 (UTC +04:00)

ABB Naxçıvanda 9 ailənin kiçik biznes qurmasına kömək göstərib

ABB özünüməşğulluq proqramı çərçivəsində Naxçıvan Muxtar Respublikasında 9 ailənin kiçik biznes qurmasına dəstək verib. Beləliklə, ABB-nin özünüməşğulluq proqramı üzrə dəstək verdiyi ailələrin sayı 146-a çatıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin icra etdiyi özünüməşğulluq proqramı əsasında aztəminatlı ailələr öz biznes planlarına uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təmin edilir. ABB həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq proqramı, həm də Nazirliklə Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memorandum çərçivəsində həssas əhali qruplarının özünüməşğulluğuna dəstək verir. Həmin ailələri Dövlət Məşğulluq Xidməti müəyyən edib.

Məqsəd ailələrə kiçik biznes qurmaq, yaxud mövcud bizneslərini inkişaf etdirmək üçün şərait yaratmaqdır. Proqramın unikallığı vətəndaşlara nağd vəsaitin ayrılmaması, göstərilən köməyin sırf biznes yönümlü olması və daimi məşğulluğa yönəlməsidir. ABB də kiçik və orta biznesə dəstək niyyətindən, dayanıqlı inkişaf məqsədlərindən irəli gələrək bu proqramda fəal iştirak edir.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3648
avatar

Oxşar yazılar