Konsaltinq şirkəti süni intellekt və rəqəmsal texnologiyaların tətbiqi səviyyəsinə görə 61 meqapolisi qiymətləndirən qlobal şəhərlər indeksini təqdim edib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, "Boston Consulting Group" konsaltinq şirkətinin ekspertləri süni intellektin və rəqəmsal innovasiyaların tətbiqi dərəcəsinə görə dünyanın ən böyük 61 meqapolisini qiymətləndirən qlobal smart-şəhərlər indeksini təqdim ediblər.
Qiymətləndirmə strategiyanı, məhsuldarlığı, şəhər təşəbbüslərinin həyata keçirilməsini, infrastrukturun keyfiyyətini və istedadların cəlb edilməsi səviyyəsini əhatə edən beş əsas istiqamət üzrə aparılıb. Nəticədə analitiklər iştirakçıları dörd kateqoriyaya bölüblər: liderlər, sürətləndirənlər, inkişaf edənlər və böyüyənlər.
Aktual siyahıda birinci yeri həyat səviyyəsi və sakinlər üçün iqtisadi imkanlar üzrə ən yüksək göstəricilər nümayiş etdirən London tutub. Liderlər beşliyinə, həmçinin Dubay, Nyu-York, Vaşinqton və Amsterdam daxil olub.
Bundan əlavə, tədqiqat müəllifləri maraqlı bir tendensiya qeyd ediblər: generasiyaedici süni intellektdən gündəlik istifadəyə yüksək maraq təkcə Qərbin ənənəvi texnoloji mərkəzlərində deyil, həm də Asiya, Afrika və Yaxın Şərqin sürətlə inkişaf edən şəhərlərində qeydə alınır.
2026-cı ildə dünyanın ən ağıllı 20 şəhəri:
London
Dubay
Nyu-York
Vaşinqton
Amsterdam
Berlin
San-Fransisko
Şanxay
Pekin
Seul
Sinqapur
Vyana
Kopenhagen
Şənsjen
Boston
Los-Anceles
Stokholm
Sürix
Münhen
Əbu-Dabi.