Süni intellekt doğuşda insanlara  kömək edəcək
01 avqust 2026 05:27 (UTC +04:00)

Süni intellekt doğuşda insanlara kömək edəcək

0

Süni intellekt doğuş zamanı riskləri əvvəlcədən müəyyən edəcək

ABŞ-da alimlər doğuş zamanı ana və körpənin vəziyyətini real vaxt rejimində izləyən süni intellekt sistemi hazırlayırlar.

Lent.az xəbər verir ki, layihəyə ABŞ hökuməti tərəfindən 4,8 milyon dollar maliyyə dəstəyi ayrılıb.

Hazırlanan texnologiya doğuş zamanı oksigen çatışmazlığı və digər təhlükəli vəziyyətləri erkən mərhələdə aşkar edərək həkimlərə vaxtında müdaxilə etmək imkanı verəcək.

Tədqiqatçılar bildirirlər ki, sistem uğurla tətbiq olunarsa, həm ana, həm də körpə arasında ağır fəsadların və ölüm hallarının azalmasına kömək edə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 230

Oxşar yazılar