Keçmiş stadionun yerində insan sümükləri  tapıldı
01 avqust 2026 09:26 (UTC +04:00)

Keçmiş stadionun yerində insan sümükləri tapıldı

0

Qazaxıstanın Semey şəhərində keçmiş "Pişevik" stadionunun ərazisində insan sümükləri aşkarlanıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, şəhər sakini ərazidə gəzərkən torpaq işləri aparılan yerdə insan sümüklərinə bənzər qalıqlar görüb və bu barədə məlumat verib. Onun sözlərinə görə, sümüklər idman kompleksi tikintisi üçün torpaq qazılan zaman üzə çıxıb.

Hadisədən dərhal sonra, iyulun 31-də şəhər rəhbərliyi əraziyə baxış keçirib və tikinti işlərinin müvəqqəti dayandırılması barədə qərar qəbul edib. Faktın rəsmiləşdirilməsi üçün hadisə yerinə polis əməkdaşları da çağırılıb.

Şəhər administrasiyasının yaydığı məlumata əsasən, aşkarlanan sümük qalıqları mənşəyinin və ölüm şəraitinin müəyyənləşdirilməsi üçün kriminalistika ekspertlərinə təhvil veriləcək.

Bildirilib ki, bütün zəruri prosessual tədbirlər başa çatdıqdan və səlahiyyətli qurumların icazəsi alındıqdan sonra tikinti işləri bərpa oluna bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 220

Oxşar yazılar