Bakıda ikinci telefon qalmaqalı:  arvadın gizli əməli cinayətə   səbəb oldu
01 avqust 2026 15:38 (UTC +04:00)

Bakıda ikinci telefon qalmaqalı: arvadın gizli əməli cinayətə səbəb oldu

1

Bakıda kişi gizli ikinci telefon işlədən arvadını döyüb.

Lent.az xəbər verir ki, hadisə Suraxanı rayonu, Binə qəsəbəsində, Sovxoz adlanan ərazidə qeydə alınıb.

42 yaşlı Səməd Muxtarov (şərti adla) yaşadıqları evdə arvadının gizli ikinci telefon işlətdiyini öyrənib. Səməd buna irad bildirəndə qadın telefonun rəfiqəsinə məxsus olduğunu deyərək, ərini aldadıb. Bu səbəbdən cütlü arasında yaranan mübahisə zamanı kişi yumruqla arvadının göz və bədəninin digər nahiyələrinə vuraraq, xəsarətlər yetirib.

Faktla bağlı Səməd Muxtarov polis tərəfindən saxlanılaraq, barəsində cinayət işi açılıb.

Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu və zərərçəkənlə barışdığını bildirib. Zərərçəkən də həmçinin ərinə qarşı şikayət və tələbinin olmadığını deyib.

Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib və Səməd Muxtarov məsuliyyətdən azad olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 342

Oxşar yazılar