Bakının Sabunçu qəsəbəsində 54 yaşlı Sevinc Məmmədova münaqişə zəminində bıçaqla qətlə yetirilib.
Lent.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında qəsəbədəki evlərin birində qeydə alınıb.
Cinayəti törətməkdə şübhəli bilinən oğlu, 34 yaşlı Elvin Məmmədov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, qətl “NIDA” Vətəndaş Hərəkatının üzvü olan, 2021-ci ildə İstanbulda vəfat edən Bayram Məmmədovun ailəsində baş verib. Belə ki, qətlə yetirilən Sevinc Məmmədova Bayram Məmmədovun anası, Elvin isə qardaşıdır.