“Casio” klassik saat dizaynını üzük formatına gətirən yeni ağıllı üzük-saat modelini təqdim edib.
Lent.az xəbər verir ki, “CRW-001G-9” adlanan cihaz şirkətin 50 illik yubileyinə həsr olunub və tam metal korpusa malikdir.
Cihaz kiçik LCD ekran, iki zaman qurşağı, saniyəölçən (xronometr), təqvim, işıqlandırma və gündəlik alarm funksiyaları ilə təchiz olunub.
Üzük paslanmayan poladdan hazırlanıb, suya davamlıdır və bir batareya ilə təxminən iki il işləyir. Standart olaraq 22 ölçüdə təqdim olunur, lakin 19 və 16 ölçülər üçün uyğunlaşdırıcı əlavələr də qutuya daxildir.
Modelin qiyməti təxminən 19 800 yendir (təxminən 135 ABŞ dolları) və ilk olaraq Yaponiyada satışa çıxarılacaq.