Bağlanan banklarda yerləşdirilən sığortalı əmanətlərin taleyi necə olacaq?
16 may 2020 21:55 (UTC +04:00)

Bağlanan banklarda yerləşdirilən sığortalı əmanətlərin taleyi necə olacaq?

 

Mərkəzi Bankın İdarə Heyətinin 12 may 2020-ci il tarixli qərarı ilə lisenziyaları ləğv edilmiş “AG Bank” ASC və “NBC Bank” ASC-də yerləşdirilən sığortalı əmanətlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən qanunvericiliyə uyğun müddətdə əmanətçilərə qaytarılacaq.

Əmanətlərin Sığortalanması Fondundan APA-ya verilən məlumata görə, əmanətlərin qaytarılması üçün sənəd qəbulunun yeri və vaxtı barədə əlavə məlumat veriləcək.

Əlavə olaraq Əmanətlərin Sığortalanması Fondu bildirir ki, Bakı Apellyasiya Məhkəməsinin 14 may 2020-ci il tarixli 2-3 (103)-131/2020 saylı qərarı ilə “NBC Bank” ASC, 14 may 2020-ci il tarixli 2-3 (103)-132/2020 saylı qərarı ilə isə “AG Bank” ASC müflis elan edilib və iflas proseduruna başlanılıb. Məhkəmə qərarlarına əsasən, Əmanətlərin Sığortalanması Fondu “NBC Bank” ASC və “AG Bank” ASC-nin ləğvedicisi təyin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4309
avatar

Oxşar yazılar