Dövlət Neft Şirkəti Türkmənistanda da işləyəcək
16 avqust 2011 19:55 (UTC +04:00)

Dövlət Neft Şirkəti Türkmənistanda da işləyəcək

Lent.az-ın qurumun saytına istinadən xəbərinə görə, layihəyə əsasən, trest hər birinin çəkisi təqribən 200 ton olan 4 hissədən ibarət 2 dayaq blokunun, hər birinin çəkisi təqribən 400 ton olan 4 hissədən ibarət üst modulların, 2 ədəd gəmi yanalma meydançasının, fakelin, kranın və digər obyektlərin tikinti nöqtəsinə nəqlini və quraşdırılmasını həyata keçirəcək.

İşlərin 3 ay müddətinə başa çatdırılacağı nəzərdə tutulur. Layihənin sifarişçisi Türkmənistanın “DRAGON OIL LTD” şirkəti, baş podratçısı isə Türkiyənin “İLK İNŞAAT TAAHHÜT SANAYİ VE TİCARET LTD.ŞTİ.” şirkətidir.

Avqustun 15-də layihənin icrası məqsədilə “Neftqaztikinti” Trestinin 4 saylı Tikinti-Quraşdırma İdarəsinin 24 nəfərdən ibarət ilk heyəti Xəzərin Türkmənistan sektorundakı “LAM” yatağına yola düşüb.
# 1136

Oxşar yazılar