![Borcunu ödəməyənlər Azərbaycandan çıxa bilmir](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
Borcunu ödəməyənlər Azərbaycandan çıxa bilmir
«APA-ECONOMICS»in məlumatına görə, bu məhdudiyyətin detalları və onun tətbiq olunması prosedurası Azərbaycan Mülki Prosessual Məcəlləsinə, eləcə də «Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında» qanuna dövlət başçısının təsdiqlədiyi dəyişikliklərdə nəzərdə tutulub.
Xatırladaq ki, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması qanunvericiliyə hələ 2010-cu ildə daxil edilib. Ötən ilin iyununda «İcra haqqında» qanuna edilən əlavədə bildirilir ki, «məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir».
Qeyd edək ki, qanuna əsasən, ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə qərarı məhkəmə versə də, onun borcunu ödədiyi təqdirdə bu qərarı icra məmurunun özü ləğv edə bilir.
İndiki dəyişikliklər isə məhdudlaşdırmanın proseduralarını dəqiqləşdirir. Belə ki, Mülki Məcəllənin 231.3 maddəsinə edilən əlavəyə əsasən, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə məhkəmə icraçısının olduğu yer üzrə məhkəmə tərəfindən baxılır.
«Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında» qanuna edilən dəyişikliklərdə də göstərilir ki, icra sənədini könüllü icra olunmamasına görə, məhkəmənin qüvvəyə minmiş qərarı olanda həmin şəxsin ölkədən çıxmasına məhdudiyyət qoyulur.
Detalların və proseduraların indiyədək dəqiqləşdirilməsinə baxmayaraq, Ədliyyə Nazirliyinin İcra Baş İdarəsi artıq borcluların ölkədən çıxmasına qadağa qoymağa başlayıb. Baş İdarədən verilən məlumata görə, borcunu ödəmədiyinə görə, məhkəmə qərarı əsasında təkcə 2010-cu ildə 69 şəxsin ölkədən getməsi məhdudlaşdırılıb. Onlardan 12-si borcunu ödədiyinə görə, onların üzərindən məhdudiyyət götürülüb.

Oxşar yazılar
![Nərimanovda premium təmirli mənzil almaq istəyənlər üçün əla fürsət](https://lent.az/storage/news/2024/july/26/big/66a387f434c2766a387f434c28172199320466a387f434c2266a387f434c24.jpg)
Nərimanovda premium təmirli mənzil almaq istəyənlər üçün əla fürsət
26 iyul 2024 , 15:28![Galaxy AI yeni yüksəkliklərdə: Samsung Galaxy Z Fold6 və Z Flip6](https://lent.az/storage/news/2024/july/26/big/66a357c1312a566a357c1312a6172198086566a357c1312a066a357c1312a2.jpg)
Galaxy AI yeni yüksəkliklərdə: Samsung Galaxy Z Fold6 və Z Flip6
26 iyul 2024 , 11:58![HUAWEI FreeBuds 6i: Səs keyfiyyəti və kənar səs önləyicisinin ideal ahəngi](https://lent.az/storage/news/2024/july/26/big/66a34ddb907f466a34ddb907f5172197833166a34ddb907ee66a34ddb907f1.jpg)
HUAWEI FreeBuds 6i: Səs keyfiyyəti və kənar səs önləyicisinin ideal ahəngi
26 iyul 2024 , 11:18!["Azercell Biznes" “Mobil Cihazların İdarə Edilməsi” həllini təqdim edir](https://lent.az/storage/news/2024/july/25/big/66a24766434d366a24766434d4172191114266a24766434cf66a24766434d1.jpg)
"Azercell Biznes" “Mobil Cihazların İdarə Edilməsi” həllini təqdim edir
25 iyul 2024 , 16:38![Birbank Biznes-in “Maestro” tarifində yenilik: Biznes sahibləri artıq POS əməliyyatlarını da ala biləcəklər](https://lent.az/storage/news/2024/july/25/big/66a2416a27e3e66a2416a27e40172190961066a2416a27e3766a2416a27e3b.jpg)
Birbank Biznes-in “Maestro” tarifində yenilik: Biznes sahibləri artıq POS əməliyyatlarını da ala biləcəklər
25 iyul 2024 , 16:13![Siqaretlərin qiyməti nə qədər artacaq? – İQTİSADÇI AÇIQLADI](https://lent.az/storage/news/2024/july/25/big/66a208511d72f66a208511d730172189499366a208511d72966a208511d72c.jpg)
Siqaretlərin qiyməti nə qədər artacaq? – İQTİSADÇI AÇIQLADI
25 iyul 2024 , 14:34![Elektron siqaretlər bahalaşır](https://lent.az/storage/news/2024/july/24/big/66a0c9637f29866a0c9637f29a172181334766a0c9637f29366a0c9637f296.jpg)
Elektron siqaretlər bahalaşır
24 iyul 2024 , 13:32![Siqaret çəkənlərə BƏD XƏBƏR](https://lent.az/storage/news/2024/july/24/big/66a0c7fae0aad66a0c7fae0aae172181298666a0c7fae0aaa66a0c7fae0aac.jpg)